Trampla model arasında qalmaqal. Məhkəmə prezidenti haqsız çıxardı
Tarix: 25-05-2018, 12:12



Məhkəmə ABŞ prezidenti Donald Trampı haqsız çıxarıb.
Bunun səbəbəi isə Trampın “Twitter”də ona şərhlər yazan model Kristina Teyqeni qara siyahıya atması olub.
Belə ki, uzun illər ərzində Trampın “Twitter” sosial şəbəkəsində etdiyi paylaşımlarına şərhlər yazan. 32 yaşlı model və televiziya aparıcısı siyasətlə bağlı fikir bildirməkdən heç vaxt qorxmadığını bildirib. Lakin bir müddət sonra şəbəkədə olduqca aktiv olan Teyqenin şərhlərindən bezən D. Tramp onu əngəlləyib.
Ancaq bir il sonra məhkəmə Trampın etdiyi hərəkətin hüquqa qarşı olduğu barədə bəyanat verib. Məhkəmə əngəllənən istifadəçilərin vəziyyətini dəyərləndirərək bunun vətəndaşların fikir azadlığını məhdudlaşdırdığını bildirib.
Eyni zamanda Con Legendin həyat yoldaşı olan K. Teyqen məhkəmənin qərarına da “Yenə də görüşdük Donald Tramp” deyə şərh yazıb.
Prime-Time

Paylaş: