Cem Yılmaz yeni sevgilisi ilə
Tarix: 21-05-2018, 12:15



Bir müddətdir ki, sevgili olduqları deyilən Cem Yılmaz və Defne Samyeli dünən birlikdə görüntülənib.
“Qafqazinfo” xəbər verir ki, axşam yeməyindən çıxan zaman medianın qarşıladığı cütlüyün bu dəfə kameralardan qaçmaması diqqətdən yayınmayıb.
Jurnalistlərin münasibətlərinin olub olmaması ilə bağlı verdiyi suallar qarşısında aktrisa sussa da, komediya ustası “Bitanem, deli gibi severim seni ben, gözüm gibi severim seni ben, bu başıma taç ederim” mahnısını oxuyaraq cavab verib.





Paylaş: