Elnarə Abdullayeva peşman olub: "Nə oldu qudurdun?!"
Tarix: 24-05-2017, 17:25



“Düz 10 il bir ayaqqabını geyinmişəm”. Ulduzumsan.Az bildirir ki, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib. O bildirib ki, son vaxtlar geyimlərinə diqqət edir: “Kimsə mənə yaxşı deyəcək deyə, kreditə paltar götürüb, geyinmərəm. Başqasının paltarını geyinim, mənə yaxşı desinlər, bu, mənim xarakterimə uyğun deyil. Nəyim varsa, onu geyinəcəm. Yoxdusa, canım çıxacaq, geyinməyəcəm. Sonra pulum oldu, getdim 4-5 cüt ayaqqabı aldım. Sonra heyfsiləndim ki, yaxşı hərəkət eləməmişəm. Çünki onsuz da ayaqqabı yubkanın altında qalır. Elə 1 ayaqqabı bəs edərdi. Ona verdiyim pulu gərək xeyir işə xərcləyərdim. Özümə dedim ki, nə oldu qudurdun?” 
 
Qeyd edək ki, “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır. Verilişin tam hissəsinə aşağıdakı linkdə baxa bilərsiniz. 



Paylaş: