Aktrisa Patrişa Morison 103 yaşında vəfat edib
Tarix: 21-05-2018, 08:25



Hollivud aktrisası Patrişa Morison 103 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
Məlumata görə, o, 103 yaşında Los-Ancelesdə dünyasını dəyişib. Qeyd edilir ki, aktrisa öz evində təbii səbəbdən vəfat edib.
Onun karyerası bir sıra filmlərlə məşhurdur. Morison "Öp məni Ket", həmçinin Roy Uilyamın Şerlok Holms barədə çəkdiyi "Qətlə müqəddimə" filmlərində rol oynayıb.

Paylaş: