“Maşın”ın daha bir iştirakçısı bəlli oldu
Tarix: 19-05-2018, 12:17



"Xanımlar və cənablar -2" devizi ilə 29 may tarixində yayımlanması planlaşdırılan "Maşın" realiti şousunda iştirak edən məşhurlardan daha birinin adı məlum olub.
UlduzumSan.Az oxu.az-a istinadən xəbər verir ki, "Instagram" hesabında iştirakçının üzünü gizlədərək foto paylaşan şounun sosial media menecerləri sual verərək tamaşaçıların şəkildəki şəxsi tapmasını istəyib.
Müxtəlif cavablar səslənsə də, şəkildəki şəxsin kimliyini onun geyimi ələ verib.
Beləliklə, məlum olub ki, "Maşın"ın 16-cı sürətinin ilk rəsmi iştirakçısı aparıcı Aytən Səfərovadır.
Qeyd edək ki, bir neçə gündür mediada iştirakçıların adları ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Səfərova da adıçəkilən məşhurların siyahısında idi.

Paylaş: