Verilişi bağlanandan sonra Ülvira görün, kimlərlə birləşdi
Tarix: 20-07-2017, 12:15



Aparıcı Ülvira Qarayevanın yeni verilişi bəlli olub.

BiG.AZ xəbər verir ki, aparıcı yeni sezondan etibarən yenidən ARB TV-nin efirində olacaq.

Ülvira bu dəfə də tək aparıcılıq etməyəcək. Belə ki, o, "Türk maqazin şou" verilişinin apacısı Natiq Nailəoğlu və "Ziqzaq" verilişinin xanım aparıcısı Zümrüd Məmmədzadə ilə birgə veriliş aparacaqlar. 

"Talk-show" xarakterli verilişdə aparıcılar gündəlik şou-biznes, mədənniyyət və digər hadisələri müzakirə edəcəklər. 

Proqram yeni sezondan efir üzü görəcək.

Paylaş: