Meyxanaçı Samirə yıxıb-sürüdü: “Ora-burasını şişirdib…”
Tarix: 16-05-2018, 11:10



ARB-nin “Səhər-səhər” verilişində qonaq olan meyxanaçı Samirə plastik əməliyyat etdirən həmkarlarının bostanını daşlayıb.
Yenicag.az xəbər verir ki, görünüşündə dəyişiklik edib, xeyli çəki atan Samirə buna pəhriz vasitəsi ilə nail olduğunu deyib:
“Xüsusi pəhriz saxlayıram. Bədən çəkimə uyğun olaraq qida qəbul edirəm”.
Elgizin “n nənə olandan sonra niyə plastik əməliyyat etdirdiniz?” sualı sənətçini özündən çıxarıb. O, acığını belə çıxıb:
“Necə olur, şou-biznesin nənə olanları gedib yüz dənə plastik əməliyyat etdirir, ora-buralarını şişirdir, özlərini gözəlləşdirir, onlara olar, amma mənə olmaz?Mən də istəyirəm həyatımı dəyişim, həyatımda özəl insanım olsun. Amma hələ ki, yoxdur”.

VİDEO BURADA​​​

Paylaş: