Rəqqasə Zaranın ən bahalı şousu...
Tarix: 15-05-2018, 13:22



Dünən gecə rəqqasə Zara möhtəşəm şousu ilə şou gündəmini silkələyib.  "Qafqazinfo" xəbər verir ki, rəqqasə xanımın tədbirinə dostluq etdiyi müğənnilər xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan, müğənnilər Zamiq, Miri Yusif, Sevda Yəhyayeva, Samir Bağırov və b. məşhurlar təşrif buyurub.
Sərxan Kərəmoğlu və Afaq Gəncəli tədbiri idarə ediblər. Gecəyə əsrarəngiz rəqsi ilə damğa vuran rəqqasə Zara diqqəti öz üzərinə çəkməyi bacarıb. Gecədə rəqqasə yeni  klipni də təqdim edib. Tədbiri işıqlandırmaq üçün ən öndə gedən TV kanallarının jurnalistləri və informasiya agentlikləri tədbirdə iştirak edib.
İlin ən bahalı tədbirindən fotoları təqdim edirik:















Paylaş: