“Özbəkistandan aldığım film təklifi baş tutmadı” – Arif Quliyev
Tarix: 19-07-2017, 15:32



“Özbəkistandan aldığım film təklifi maliyyə səbəbləri ucbatından baş tutmadı. Məni oraya “Özbəkfilm”in rəhbərliyi dəvət etmişdi, alınmadı. Dedilər ki, maliyyəmiz kəsilib, pul yoxdur”.
Bunu hafta.az-a açıqlamasında Xalq artisti Arif Quliyev deyib. Xalq artistinin sözlərinə görə, hazırda o, paytaxtdadır və istirahət edir:
“Hələ ki, istirahəti Bakıda keçirirəm. Heç yerə getməmişəm, gedib-getməyəcəyimi bilmirəm. Film çəkilişləri baxımından da durğunluqdur”. 

Paylaş: