İsmayıl Ömərov İctimai Televiziyada rəhbərliyin dəyişməsindən razı qalıb
Tarix: 14-05-2018, 12:01



Xəbər verdiyimiz kimi, mayın 11-də İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ilk baş direktoru olmuş İsmayıl Ömərov Modern.az-a açıqlamasında Balakişi Qasımovun təyinatını yüksək qiymətləndirib:
 
“Balakişi Qasımovu ictimai müzakirələrdən tanıyıram. Onun istedadına, təşkilatçılığına bələdəm. İnanıram ki, yüksək potensiala sahib İTV kanalı Balakişi Qasımovun rəhbərliyilə uğurlar əldə edəcək, yeni proyektlərlə tamaşıçıları sevindirəcək”.
 
İsmayıl Ömərov İTV-nin bir vaxtlar sahib olduğu böyük prestijin yenidən özünə qayıdacağına əminliyini ifadə edib. Balakişi Qasımovun tanınmış ziyalı, prodüsser kimi İTV-ni böyük uğurlara aparacağını vurğulayıb.
 
Maraqlıdır, bir vaxtlar “İTV-ni izləmirəm” deyən İ.Ömərov yenidən bu kanalın tamaşçısı olacaqmı?
İ.Ömərov bu cür potensiallı gəncləri görəndə hər şeyin yaxşı olacağına inandığını qeyd edib:
“Hər kəsin çəkə biləcəyi yük var. Yerində olan və olmayan adamlar var. Balakişi Qasımov yerində olan təyinatdır və tamaşaçılar da bunun  şahidi olacaqlar. O kollektivin gücündən, bacarığından istifadə edib tamaşaçıları sevindirəcək”.

Paylaş: