Tanınmış gürcü aktyor vəfat etdi
Tarix: 14-05-2018, 10:37


Mayın 13-də tanınmış gürcü aktyoru, rejissor və ssenari yazarı Baadur Tsuladze 84 yaşında vəfat edib.
 
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor karyerası boyunca 90-dan artıq rolda oynayıb. Bunlardan ən məşhurları “Buratinonun macəraları”, “Xəzan”, “Mənim ərim olun!” filmləridir.
 
Rejissor kimi Tsuladze “Mükafat”, “Fasilə”, “Bizim növbəmizdir, uşaqlar!” kimi filmlər çəkib.

Paylaş: