Niyam Salaminin restoranının açılış tarixi bəlli oldu
Tarix: 14-05-2018, 08:25



Xəbər verdiyimiz kimi  iki tanınmış müğənni Niyam Salami və həmkarı Samir Piriyev  özlərinə yeni restoran açılması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, müğənnilər sahibi olduğu restoranın açılış mərasiminə hazırlaşırlar.
Redaksiyamıza  Türkiyənin cənnət məkanı Bodrum ərazisində təmir edilən "Nissa" restoranda son tamamlanma işləri başa çatması ilə bağlı məlumat daxil olub.
"Nissa " restoranı  açılış günü üçün tam hazır vəziyyətdədir.

UlduzumSan.Az-a Niyam  Salami  bildirib ki, restoranın  açılışı mayın 15-də keçiriləcək. Mərasimə məşhurlar da qatılacaq.

Restoranın bütün dekorasiya işlərini öz öhdəsinə götürən Niyam Salami  Azəbaycan mətbəxini Türkiyədə sevdirmək, tanıtmaq iddiasındadır. 
Nəzərinizə çatdıraq ki, həmin restoranda sənətçilər özləri də çıxış edəcəklər. 

Paylaş: