Məryəm Üzərlinin bu fotoları tənqid edildi — Dodağı burnuna dəyir
Tarix: 12-05-2018, 16:00



“Muhteşem Yüzyıl” serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşan aktrisa Məryəm Üzərli dodaqlarına “əl gəzdirib”.
 “Ölkə.Az” xəbər verir ki, aktrisanın yeni fotoları tənqid atəşinə tutulub.
Məryəm sayca 71-ci “Kann Film Festivalı”nda iştirak edib. Məşhurlarla çəkdirdiyi fotolardakı dəyişiklik gözlərdən qaçmayıb. Mads Mikkelsen ilə çəkdirdiyi fotonu İnstaqramda paylaşan aktrisanın dodaqları tənqid edilib. İzləyicilər onun son halını şərh ediblər.
Məryəmin Edrien Brodi ilə çəkdirdiyi foto da tənqid edilib. İzləyicilər ona dodaqlarının burnuna toxunduğunu, yaraşmadığını qeyd ediblər.

Paylaş: