Rəqsanədən ATV-nin efirində Zaura ağır sözlər - "Mikrofonu çırpıb getmək lazımdır... "
Tarix: 11-05-2018, 16:47



Bu gün ATV telekanalında yayımlanan "XL" verilişinin qonağı müğənni Rəqsanə İsmayılova və qızı Aysun İsmayılova olub.
GoldNews.az xəbər verir ki, müğənni bəzi aparıcıların verilişə dəvət etdiyi qonaqlarla davranışından narazılıq edib. O, bildirib ki, aparıcıdan xoşagəlməz sual eşidəndə mikrofonu çırpıb getmək lazımdır.
" Bəlkədə biz özümüz buna şərait yaradırıq. Verilişdə bir-iki kəlmə yaxşı danışılmadı mikrofonu çırpıb getmək lazımdır", - deyə müğənni bildirib.
"Mən hər kəsi özümə dost sayıram. Dünən axşam başqa bir proqramda anlaşılmazlıq oldu. Mən səmimi insanam. Həmin insanla biz dostuq. Bu, bir şoudu. Amma şou olsa da, şəxsi həyatı bu qədər qabartmaq olmaz. Hər şeyin bir həddi var. O həddi keçməyə heç kəsə ixtiyar verilməyib".
Qeyd edək ki, bir neçə gün əvvəl Rəqsanə Xəzər TV-də yayımlanan "5/5" verilişində qonaq olub. Aparıcı Zaur Kamal müğənninin şəxsi həyatı ilə bağlı suallar verib və zarafat edib. O, uşaqların hərəsinin bir atası olduğunu söyləyib. 

VİDEO BURADA​​​

Paylaş: