Serenay Sarıkaya geyimi ilə müzakirələrə səbəb oldu
Tarix: 11-05-2018, 12:12



Məşhur Türkiyəli aktrisa Serenay Sarıkaya Fransada təşkil olunan 71-ci Beynəlxalq Kann Film Festivalına “Magnum Türkiyə”-nin fəxri qonağı olaraq qatılıb. Aktrisa festivalda öz geyimi ilə diqqət mərkəzində olub.
S. Sarıkaya Kann Krosetdəki Magnum evində təşkil olunan partidə məşhur model Bella Hadid və dizayner Aleksandr Vanq ilə birlikdə olub.
Festivala Hakan Yıldırım imzalı çəhrayı paltarda gedən Sarıkaya Magnum evində dondurma dizayn edərkən, “Kann’a gəlmək üçün ən şirin bəhanə oldu” deyə fikir bildirib.
Kann Film Festivalı Mayın 19-dək davam edəcək.
Prime-Time




Paylaş: