“Musa Yaqub nə yaşasa, qənimətdir...”
Tarix: 11-05-2018, 09:20



“Ürəyində, boğazında, böyrəyində problem var”. 

Bu sözləri Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu bu gün 81 yaşı olan ustad Musa Yaqub haqqında danışarkən deyib. B.Vəziroğlu bildirib ki, şairin səhhətiylə bağlı böyük problemləri var:

“Mən hər gün əlaqə saxlayıram. Müntəzəm olaraq onu müayinəyə aparırıq. Elə olur ki, zəng vuranda ya oğlu, ya qızı dəstəyi götürür. Amma bir də görürsən ki, telefona şair özü cavab verir. Haldan-hala düşür. Ürəyində, boğazında, böyrəyində problem var. Bu gün 81 yaşı tamam olur. Ötən il onun 80 illiyini qeyd etdik. Musa müəllim nə yaşasa, qənimətdir, amma gərək sağlam yaşasın”. 

Paylaş: