“Şərəfimi zədələyəmə çalışırlar” - Ajda Pekkan
Tarix: 10-05-2018, 16:48



“Həmişə yaşlı olduğumu vurğulayırlar. Bunun çox bəsit olduğunu düşünürəm. Yaşımı ortaya ataraq məni gözdən salmaq istəyirlər, şərəfimi zədələməyə çalışırlar”. 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin pop ulduzu Ajda Pekkan deyib.  72 yaşlı müğənni gənc sevgilisini ailəsi tərəfindən qəbul edilməməsi barədə yayılan xəbərlərə münasibət bildirib:
“Yanlış məlumatlar dərc edirlər. Bizim də bir səbrimiz var. Heç kimlə aramı pis etmək istəmirəm. Amma bu o demək deyil ki, hər şayiəni xəbərə çevirələr. Haqqımı qanunla geri alacam. Bu mövzu barədə çox danışmaq istəmirəm”. 
Qeyd edək ki, Türkiyə KİV-lərində Ajdanın özündən 22 yaş kiçik sevgilisi Bülent Çavuşoğlu barədə məlumat yaymış, sənətçinin bacısı Semiramis Pekkanın bu münasibətə qarşı çıxdığı iddia olunmuşdu.

Paylaş: