Əməkdar artisti Azər Mirzəyevin anım tarixidir
Tarix: 19-07-2017, 09:19


Tanınmış teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Azər Mirzəyevin anım tarixidir.
Ulduzumsan.Az-ın məlumatına görə, Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə bağlı  ailəsilə Sabirabad rayonuna köçmüş Azər orta məktəbi burada bitirib və 1968-ci ildə "Azərbaycanfilm"in nəzdində SSRİ Xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
 Ali məktəbi bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib və ömrünün sonuna qədər bu tetrda işləyib.
“Nekroloq”,  “Qeybdən gələn səs”, “Yaşıl eynəkli adam-3 “, “Dəvətnamə”, “Yol yoldaşları”, “Mükafat”, “Böyük ömrün davamı”,”Mürafiə vəkillərinin hekayəti”, “Sübhün səfiri” kimi bədii filmlərdə, həmçinin  bir çox tamaşalarda  maraqlı obrazlar yaradıb.  
İstedadlı aktyor 2014-cü ildə Bakıda dünyasını dəyişib, Sabirabad rayonunda dəfn edilib.

Paylaş: