Məşhur musiqiçilər üz-üzə gəldi: "Danışmaq onun sənətini gözdən salır"
Tarix: 9-05-2018, 12:04



Tanınmış klarnet ifaçısı Zahid Sabirabadlının bəzi həmkarlarını qarışqa adlandırması onların narazılığına səbəb olub.
 "Ölkə.Az"-ın məlumatına görə, digər məşhur klarnet ifaçısı Zahid Qubadlı Sabirabadlıya cavab verib. Musiqiçi həmkarımızla söhbətində bunları deyib:
"Cahil insanların sözləri əhəmiyyətsiz hesab edilir. Zahidin musiqisi gözəldir, özü istedadlı musiqiçidir. Amma danışmasa, yaxşı olar. Danışmaq onun sənətini gözdən salır".

Paylaş: