Yüksələn estrada ulduzu Bakıda solo konsert verəcək
Tarix: 9-05-2018, 08:55



Azərbaycan estradasının yüksələn ulduzu Nərmin Kərimbəyova mayın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ilk solo konsertini verəcək. Şounun təşkilatçılarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, ifaçı tamaşaçılara repertuarında olan ən məşhur kompozisiyaların daxil edildiyi yeni konsert proqramını təqdim edəcək.


Nərmin Kərimbəyovanın solo konsertinin afişası



Kərimbəyovanın adı geniş tamaşaçı kütləsinə 2015-ci ildən — o, Beynəlxalq Televiziya Vokal şousunun Azərbaycan versiyası olan "Azərbaycanın səsi"ndə iştirak edəndən tanışdır. Gənc ifaçı layihənin yarımfinalına Əməkdar artist, müğənni və bəstəkar Tünzalə Ağayevanın komandasında gəlib. "Ain't nobody", "How Am I Supposed To Live", "Qara gözlər", "Çiçək yağışı", "Gülümse Kaderine" kompozisiyalarını ifa edən Kərimbəyova, dinləyicilərdə səmimi, özünəməxsus və güclü vokal təəssüratı bağışlayıb.
Odur ki, Kərimbəyova repertuarını yeni kompozisiyalarla zənginləşdirib və onları konsert gecəsi tamaşaçılara təqdim edəcək.

Paylaş: