Natavandan həmkarlarına cavab: "Nə olub, hamı məndən danışır?"
Tarix: 7-05-2018, 15:38



Müğənni Natavan Həbibi həmkarları Samir Piriyev, Nura Suri, Nadir Qafarzadə və Xatun Əliyevanın haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. UlduzumSan.Az-ın məlumatına görə, ifaçı onları ələ salıb: "Anayam da, özünüz deyirsiniz. Oyun bilirsiniz bunu, yoxsa özünüzə yazığınınz gəlmir? Nə olub? Hamı çıxıb Natavandan danışır. Siz məndən nə istəyirsiniz? Çox oldu belə musiqiyə aid olmayan mövzular. Məhz mən bu mövzulardayam deyə bezdim”.
Sənətçi özünə vəkil tutduğunu da söyləyib: “Vəkilim var, çox güclüdür. Vəkil o demək deyil ki, məhkəmələrim olsun. Bütün sənədli işlərimi vəkillə edirəm”.
Qeyd edək ki, Samir Piriyev, Nura Suri, Nadir Qafarzadə və Xatun Əliyeva Natavanı şou-biznesin "anası" adlandırmışdı.

Paylaş: