Stallone növbəti “Rembo”nu çəkir
Tarix: 7-05-2018, 15:20



Məşhur Hollivud aktyoru Silvester Stallone “Rembo” filminin 5-ci bölümünün çəkilişlərinə hazırlaşır.
Kult.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Jurnalın məlumatına görə, Stallone bu ilin sentyabrında çəkilişlərinə başlanması planlaşdırılan filmin ssenarisini öyrənir.
Filmin prodüseri Avi Lernerdir.
5-ci hissənin ssenarisinə əsasən, Rembonun dostlarından birinin qızını oğurlayırlar və baş qəhrəman Meksikaya yollanır. Rembo sərhədi keçən kimi Meksikanın ən qəddar kartellərindən biri ilə qarşıdurmaya girir.

Paylaş: