Zamiqdən maraqlı etiraflar — "Sürücülər tanıyırdı deyə maşına götürmürdü"
Tarix: 18-07-2017, 14:56


Müğənni Zamiq Hüseynov keçmişi barədə maraqlı etiraflar edib.


"Ölkə.Az"-ın məlumatına görə, sənətçi bu barədə sosial şəbəkədə yazıb:
"Elə bilirsiz doğulandan yağ-bal içində yaşamışam? Bəzən yazırlar ki, dünya sənə və sizə görə gözəldi. Amma bir onu bilirəm ki, küçələrdə dönər yeyə-yeyə böyüdüm. O avtobusdan düş, buna qaç. Pul verməmək üçün arxada ayaq üstə qal. Bütün sürücülər tanıyırdı və maşına götürmürdü (gülümsəyir). Bəli, bunlar düz deyildi. Amma nə edim, yox idi də. Bir onu bilirdim ki, sevdiyim sənəti öyrənirəm. Bu günümüzə min şükür. Allah hamının ürəyinə görə versin. Bu həm alqışdı, həm də qarğış. Çalışaq alqışı qazanaq. Bütün uğurlar oradadır". 
Qeyd edək ki, Zamiq Hüseynov əslən Füzuli rayonundandır. Məlum hadisələrlə bağlı 1993-cü ildə Füzulidən məcburi köçkün düşüb.






Paylaş: