Fuad Poladov ağzıgöyçəklərin cavabını verirdi" - Rasim Balayev
Tarix: 5-05-2018, 12:50



Xalq artisti Rasim Balayev Fuad Poladovun ölümündən danışıb.
Musavat.com xəbər verir ki, aktyor danışmaqda çətinlik çəkdiyini deyib:
"Mənim üçün çətindir. O, böyük sənətkardır, onu itirdik. Fuad Poladov Azərbaycan teatrında, kinosunda sütun idi. Bu gün O sütunu itirdik. Onun ağılasığmaz zəhmətləri var. Poladov dahi şəxsiyyət kimi yetişmişdi. O sənət aləmi ilə bağlı danışan bəzi ağzıgöyçəklərin cavabını verirdi. O göstərdi ki, bu sənətdə uğura nail olub, şəxsiyyətini qorumaq mümkündür".

Paylaş: