Qaçqın aktrisadan bəhs edən film Rusiyada
Tarix: 4-05-2018, 14:48



“Gecikmə” sənədli filmi “Zolotoy Vityaz” beynəlxalq kinofesivalın müsabiqə proqramında iştirak edəcək. Bu barədə Kulis.aza filmin rejissoru Tahir Tahiroviç məlumat verib.
 
“Zolotoy Vityaz” beynəlxalq kinofesivalı 22-31 may tarixlərində Rusiyada keçiriləcək. XXVII dəfə keçirilən festivalda bu il 28 ölkədən 135 film nümayiş olunacaq.
 
ARB media şirkətinin “Aranfilm” yaradıcılıq mərkəzinin istehsalı olan “Gecikmə” sənədli filmi Ağdam teatrının aktrisası Fəqumə Yusifovanın qaçqın həyatından, aktrisa kimi uğursuzluğundan və əzablı həyatından bəhs edir.
 
Filmin rejissoru Tahir Tahiroviç, ssenari müəllifi Sevda Sultanova, operator Faiq Kərimov, prodüser İqbal Məmmədəliyev.

Paylaş: