Könül Xasıyevanın halları...
Tarix: 4-05-2018, 14:44



İntiqam VALEHOĞLU
1968-ci ildə Şəkidə anadan olub.  1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986-1991-ci illərdə təhsil alıb. Və beləliklə... Könül Xasıyevanın halları...
Könül Xasıyeva - Azərbaycanın ən tutarlı, ən keyfiyyətli qadın səslərindən biri.
Könül Xasıyeva - Ömrünün qırx ilə yaxın müddətini toyxanalara həsr etmiş böyük səs sahibi.
Könül Xasıyeva - Tələbə olarkən müəllimi Arif Babayevin dərslərindən yayınıb toylara gedən və "ona deyin dərsə gəlsin" sifarişindən sonra "qardaşım rəhmətə gedib" yalanını işlədən sənətkar.
Könül Xasıyeva - Arif Babayevin hər şeyə rəğmən ən bəyəndiyi və üzünü ağ edən tələbələrindən biri.
Könül Xasıyeva - Mətbuatdan kimsə zəng vuranda "ölürəm" deyib, axşam canlı efirdə diringə vuran böyük səs sahibi.
Könül Xasıyeva - Mətbuatın dəvətindən imtina edib, dəvət edilmədiyi məclislərə çəliklə, əsayla gedib, diqqət çəkməyi bacaran SƏS.
Könül Xasıyeva - Bir az öncə zəng vurub "necəsiniz, Könül xanım, səhhətiniz necədir" sualıma "adamdan soruşarlar ki, danışa bilirsənmi" cavabını verib, telefonu üzümə qapadan sənətkar.
 Könül Xasıyeva - məhz bu cavabdan sonra axşam efirdə diringə vuracağını gözlədiyim şəxs.
Könül Xasıyeva - dövlətdən haqq etdiyi evi alana qədər qısa, boz saçlarla gəzən, mənzili alandan sonra saçlarını "rəngləyən" sənətkar.
Könül Xasıyeva - Sanballı mətbu orqanların dəvətlərindənsə, Yusif Ağayevin proqramlarına qaça-qaça getməyi bacaran sənət "sprinteri".
Könül Xasıyeva - ...
Könül Xasıyeva - ...
Könül Xasıyeva - ...
Nöqtələr Könül Xasıyevadan qarşısını kəsdikləri səbəbiylə (müvəqqəti narahatlığa görə) üzr istəyir. 

Paylaş: