"Şəbnəm xanım, olmaz ki, onu bir həci bilsin, bir də siz?" — KAMRAN HƏSƏNLİ
Tarix: 3-05-2018, 17:55



Müğənni Şəbnəm Tovuzlu "Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişinə telefonla qoşularaq şou biznes nümayəndələrindən yazan bəzi jurnalistləri tənqid edib.
Sənətçi bildirib ki, bəzi jurnalistlər sənətçilərin şəxsi həyatını gündəmə gətirməklə reytinq qazanmağa çalışırlar. Əməkdaşımız isə sənətçinin ittihamlarına belə cavab verib:
"Olarmı ki, siz hansısa hədiyyəni çəkib, "bunu mənə həci hədiyyə edib" yazaraq sosial şəbəkədə paylaşımlar etməyəsiniz. Azərbaycanda iki milyon həci var. Camaat hardan bilir ki, söhbət hansı həcidən gedir? Siz sosial şəbəkədə paylaşırsınız, jurnalistlər də yazır".
Əməkdaşımızın fikirlərini verilişin aparıcısı K.Həsənli "Şəbnəm xanım, olmaz ki, onu bir həci bilsin, bir də siz?" deyərək dəstəklədiyini söyləyib.

Paylaş: