Şəbnəm Türkiyə şou-biznesinə qatıldı
Tarix: 2-05-2018, 11:03



Müğənni Şəbnəm Tovuzlu Türkiyə şou-biznesinə qatılıb. UlduzumSa.Az-ın məlumatına görə, bu haqda türk mətbuatında xəbər dərc olunub.
Bildirilib ki, xalq mahnıları ifaçısı Ekin Şəbnəm Tovuzlu ilə “Gelin” adlı mahnını duet şəklində oxuyublar. Bununla əlaqədar Türkiyəyə gedən Şəbnəm orada klip də çəkdirib.
Ekran işinin rejissorluğu Rahmi Akkuşa həvalə edilib. Hər zaman xalq musiqisinə üstünlük verən Ekin bundan sonra klub tərzində mahnılar oxuyacaq. Bu addımı isə ilk dəfə Ş.Tovuzlu ilə birlikdə atıb.







Paylaş: