Sədaqət: "Özümdən gənc insanla ailə qura bilərəm"
Tarix: 1-05-2018, 15:34



Müğənni Sədaqət Ulduz şəxsi həyatı barədə "Ölkə.Az"a danışıb.
 Sənətçi bildirib ki, ailə qurmaq haqda düşünmür:
"Ailə qurmaq iş deyil ki, plan qurasan. Bu, qismət məsələsidir. Qismətim qarşıma nə zaman çıxsa, ailə quracağam".
Müğənni özündən gənc insanla ailə qurmaq ehtimalına da toxunub:
"Heç vaxt heç vaxt demək olmaz. Nəyin necə olacağını zaman göstərəcək. Ola bilər ki, ailə quracağım insan özümdən gənc olsun. Yəni, hər şey mümkündür. İndi isə haqqında düşündüyüm yaradıcılığım, mahnılarımdır".
Qeyd edək ki, Sədaqət Ulduz aşıq Ulduzun qızıdır.

Paylaş: