Porno ulduz Trampı məhkəməyə verdi
Tarix: 1-05-2018, 12:02



Porno film ulduzu Stormi Deniels ABŞ prezidenti Donald Trampı məhkəməyə verir.
“Ölkə.Az” xəbər verir ki, Trampın Tvitterdə paylaşdığı “ləkələyici” status buna səbəb olub.
2006-cı ildə Trampla cinsi əlaqəyə girdiyini iddia edən porno ulduz “CBS” telekanalına müsahibəsində iddialara görə təhdid edildiyini açıqlamışdı.
Tramp isə Tvitterdə təhdid iddiasını saxtakarlıq kimi qiymətləndirmişdi.

Trampın yenidən paylaşdığı tvitdə Storminin təhdid iddiası ilə əlaqədar çəkdiyi robot rəsm ilə keçmiş bir sevgilisi arasındakı bənzərlik vurğulanır. Porno ulduz isə Nyu-York federal məhkəməsinə ərizə ilə müraciət edərək Trampın tvitinin ləkələyici olduğu iddia edilir.

Paylaş: