SSRİ-nin məşhur opera müğənnisi vəfat etdi
Tarix: 1-05-2018, 10:38



SSRİ xalq artisti, Türkmənistanın tarixində ilk dəfə Avropa opera partiyalarının ifaçısı Maya Quliyeva 98 yaşında Aşqabadda vəfat edib.
Trend-in məlumatına görə, müğənni ötən gün axşam saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.
Maya Quliyeva 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Həmin ildən Türkmənistanın Mahtumqulu adına opera və balet teatrında işləyib.
1955-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.
2008-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən Altyn Aу qızıl medalına layiq görülüb.

Paylaş: