60 yaşlı aktrisa ideal formada qalmağın sirrini açdı
Tarix: 1-05-2018, 10:20



Tanınmış aktrisa Şeron Stoun 60 yaşında da yaxşı formada qalmağın sirrlərini bölüşüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kino ulduzu “Stellar” jurnalının üz qabığına çəkilib. 60 yaşlı məşhur bədən quruluşunu necə qoruduğunu açıqlayıb. Həyatı boyunca spirtli içkilərdən uzaq dayandığını qeyd edən aktrisa bir gündə təxminən 10 stəkandan çox bitki çayı içdiyini söyləyərək fanatlarını çaşdırıb.
Şeron Stoun onu da bildirib ki, rəqs etməyi, üzməyi, yoqa və pilateslə məşğul olmağı sevir:
“Təbiətcə oturmağı sevən bir insan deyiləm. Bədənimdə yağ olması isə heç xoşuma gəlmir".








Paylaş: