Manaf Ağayev "od püskürdü": “Allah yalançının bəlasını versin”
Tarix: 30-04-2018, 12:16



Müğənni Manaf Ağayev oğlu haqqında yazanları hədələyib.
Metbuat.az xəbər verir ki, ARB kanalının “Sayqa ilə” verilişinin qonağı müğənni Manaf Ağayev olub. Bir neçə gün öncə müğənninin oğlunun sürətli maşın sürməsi haqqında xəbər mediada səs-küy yaratmışdı. Müğənni isə bunun yalan olduğunu bildirib və efirdən oğluna sübutsuz şər atanları hədələyib:
“Mən demirəm kimsə məndən yazmasın. Olan şeyi yaz, əgər bir söz desəm, pis adamam. Ancaq olmayanı yazanı heç kim əlimdən ala bilməz. Allah məni kimsə ilə üz-üzə gətirməsin. Yalan yazanın da Allah bəlasını versin.”

VİDEO BURADA​​​

Paylaş: