"Bakı Gözəli-2018"-in final gecəsinin tarixi məlum oldu
Tarix: 30-04-2018, 12:09



"Şou Prodakşn"-nın (Show Production-nun) layihəsi olan "Bakı Gözəli-2018" Gözəllik Yarışmasının final gecəsinin tarixi məlum olub. UlduzumSan.Az-ın məlumatına görə, final gecəsinin tarixi artıq məlumdur. Sürpriz qonaqların iştirak edəcəyi gecə olduqca maraqlı olacaq. Finala vəsiqə qazanmış xanımlar arasında qalibləri müəyyən etmək üçün həm münsiflərin, həm tədbirdə iştirak edən qonaqların, həm də surpiriz olaraq müəyyən olunmuş bir səsvermə metodundan istifadə ediləcək.
Nəzərinizə çatdıraq ki, final gecəsinə giriş yalnız dəvətnamə ilə olacaq. Tədbir 20 may, saat 19:00-da baş tutacaq.

Paylaş: