“Heç bir kişinin sevgilisi olmaram”
Tarix: 30-04-2018, 09:53



TV-nin cazibədar aparıcısı Afaq Gəncəli çəkildiyi filmin imza gününə qatılıb. Son vaxtlar özünü həm də aktrisa kimi sınayan aparıcı şəxsi həyatından danışıb.
UlduzumSan.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən Afaq hələ qəlbini fəth edən insanın olmadığını bildirib:
“Hələ ki, qəlbimi fəth edən biri yoxdur. Olsa, nə xoş mənə. Onu da deyim ki, heç bir kişinin sevgilisi olmaram, yalnız sevdiyi qadın ola bilərəm”.
Afaq yarızarafat-yarıgerçək “Kim deyir ki, yoxdu?” deyərək fikrini belə tamamlayıb: “Yəni kiminsə həyatında ikinci olmaram, yalnız birinci ola bilərəm. Kiminsə sevgilisi olan qadınlara da münasibətim normaldır, şəxsi işləridir, özləri bilər. Hər kəsə hörmətlə yanaşıram”.

Paylaş: