“Tarixi eşələyib görüb ki, Təbrizdə belə bir məktəb var”
Tarix: 28-04-2018, 10:42



Bir neçə gün öncə xalq artisti Ağadadaş Ağayevin Qarabağda muğam məktəbi olmamasıyla bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Moderator.az-ın əməkdaşı məsələyə bağlı görkəmli muğam ifaçısı, xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının “Muğam” şöbəsinin müdiri Arif Babayevin fikrlərini öyrənib. 

A.Babayev saytımıza açıqlamasında bildirib ki, məsələylə bağlı Ağadadaş Ağayevin cavabın verib:

“Mən Ağadadaş Ağayevlə indi danışdım. Bunu şişirtməyin adı yoxdur. Tarixi eşələyib görüb ki, Təbrizdə belə bir məktəb var. Bütün dünyaya bəliidir ki, Qarabağın muğam məktəbi var və həmişə də olacaqdır. Bakıda, Şamaxıda və Qarabağda da muğam məktəbləri var və onlar gözəl ifaçılar yetişdirirlər. Ağadadaş Ağayev dostumdur. Belə şeylər olur. Çox sağ olun ki, narahat olub soruşursunuz. Mən də Ağadadaş Ağayevin cavabını vermişəm”. 

Xatırladaq ki, xalq artisti Ağadadaş Ağayev bir neçə gün öncə belə bir qalmaqallı fikir səsləndirib: 

“Qarabağda muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır. Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb. Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər”. Xalq artistinin bu fikirləri isə muğam ifaçıları tərəfindən narazılıqla qarşılanmıb.  

Paylaş: