Rasim Balayev: "Özümü yaxşı hiss edirəm"
Tarix: 27-04-2018, 17:45



Hazırda səhhətim qaydasındadır, özümü yaxşı hiss edirəm.
Bu sözləri xalq artisti, tanınmış aktyor Rasim Balayev səhhəti ilə bağlı Kult.az-a danışarkən deyib. Aktyor bildirib ki, İsraildən gələn həkimin müalicəsindən sonra artıq ağrıları arxada qalıb.
Qeyd edək ki, xalq artisti R.Balayev şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir. Aktyor onurğasında da ağrıların olduğunu bildirib.

Paylaş: