Tanınmış müğənnidən qalmaqallı açıqlama: "Aygünü, Röyanı dinləmirəm"
Tarix: 27-04-2018, 11:38



“Azərbaycanda qulaq asdığım müğənni yoxdur”. Lent.az-ın məlumatına görə, bu sözləri “Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli “APA TV”-nin “Show time” verilişində deyib. O bildirib ki, Azərbaycanda heç bir müğənninin yaradıcılığı ilə maraqlanmır: “Radionu açanda istər-istəməz səslərini eşidirsən. Amma mən daha çox xarici mahnılar səslənən radiolara qulaq asıram. Yerli ulduzlarımızın bəzilərini “İnstagram”da izləyirəm, amma mahnılarına qulaq asmıram. Beyonsun fanatıyam. Yəni mən xaricilərə qulaq asıram, onlardan ilham alıram”.
 
 
S.Rəhimli aparıcının “Aygün, Röya, Tünzalənin təqdim etdiyi yenilikləri izləmirsiz" sualına isə bu cür cavab verib: “Onları görürəm, tanışlığım da var. Amma bütün günü oturub bu mahnıya qulaq asım, bu olmayıb. Belə bir şey yoxdur. Çünki hərənin öz kütləsi var. Bizim istedadlı gənc müğənnilərim var. Yalan demeyəcəm, Azərbaycanda kiməsə qulaq asmıram. Mən bizimkilərdən fərqli olaraq, xarici müğənnilərin yeni çıxardığı mahnılardan daha tez xəbərdar oluram. Televizora da baxmıram. Ancaq özümü göstərəndə izləyirəm. Bir sözlə yerli şou-biznesi izləmirəm. Tanışlığım, hörmətim var, amma kiminsə fanatı deyiləm. Konkret cavab verdim. Çünki mən xarici musiqilərin sədaları altında böyümüşəm. Anam bizə lay-lay demirdi, xarici musiqi dinlədirdi”.

Paylaş: