80 yaşlı aktyora cinsi təcavüz ittihamı
Tarix: 27-04-2018, 10:32



Amerikanın məşhur komik aktyoru və tele-ulduzu Bill Kosbi cinsi təcavüzdə günahlandırılıb.
 
Kulis.az türk saytlarına istinadən xəbər verir ki, Andre Konstand adlı qadın B.Kosbinin 2004-cü ildə öz evində ona narkotik dərman verərək yatızdırdıqdan sonra təcavüz etdiyini bildirib.   
 
Filadelfiya məhkəməsi 80 yaşlı müttəhimlə bağlı daha 3 cinsi təcavüz ittihamının olduğunu açıqlayıb.
 
İttihamçılar aktyora 10 il iş tələb ediblər. Müttəhimin vəkilləri isə təcavüzü sübut edəcək heç bir dəlilin olmadığını deyirlər. 

Paylaş: