Dəhşətli qəza keçirtdiyi deyilən Şəbnəm Tovuzlunun SON DURUMU
Tarix: 17-07-2017, 12:43


Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya düşdüyü və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi deyilən müğənni Şəbnəm Tovuzludan xəbər var.
Müğənninin vəziyyəti qənaətbəxşdir. Bunu Yenicag.az-a açıqlamasında müğənninin xalası qızı Aytac deyib:
“Şəbnəm yaxşıdır, xəstəxanadadır, yəqin sabah çıxar. Qəza zamanı yüngül xəsarət alıb”.
Big.az-ın xəbərinə görə müğənninin idarə etdiyi “Mercedes Viano” maşını qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşub.

Paylaş: