“Ajda Pekkandan bir daha olmayacaq”
Tarix: 26-04-2018, 11:05



Türkiyənin məşhur müğənnisi Ajda Pekkan “Onların öyküsü” adlı kitabın təqdimatına qatılıb. “Qafqazinfo” xəbər verir ki, pop ulduz tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. 
Ajda deyib ki, 36 il əvvəl ona “superstar” ləqəbi verilib:“1982-ci ildə mənə “superstar” deyilməyə başlanıldı.  Amma o vaxtlar bu ləqəbi dərk etmirdim. İnsan ya stardır, ya da deyildir. İnciməyin, ulduz ulduzdur. Onun superi filan olmur. İndi mənim davamçım yoxdur. Bülent Ersoy, Zeki Müren, Ajda Pekkandan bir daha olmayacaq”. 

Sənətçi “Qəlbiniz boşdurmu” sualına belə cavab verib:“Xoşbəxtəm, heyvanlarım var və səhhətim qaydasındadır. Birini sevsəm, deyəcəm”. 

Paylaş: