51 yaşlı əməkdar artist hamilə qalmaq istəyir
Tarix: 25-04-2018, 18:05



Əməkdar artist Mehriban Xanlarova ana olmaq istəyir.

51 yaşlı aktrisa bu haqda "Bizimləsən verilişində deyib.

Aparıcı Zaur Baxşəliyev bildirib ki, Xanlarova bunun üçün onların verilişinə müraciət edib:

"Studiyamıza gəlişinin səbəbi həkimdən yardım istəməkdir. Deyir ana olmaq istəyirəm, uşaq dünyaya gətirmək istəyirəm”.

Mehriban isə niyə bu qərara gəldiyinin səbəbini açıqlayıb:

"Özümdə bu fikri topladım və həkimə dedim. Əgər lazım olsa, başqa bir ölkəyə də gedəcəm. Qadın tanıyıram ki, 56 yaşında ana olub. Bu mənim şəxsi işimdir. Ana olaram və ya olmaram, ərə gedərəm və ya getmərəm şəxsi işimdir".

Sosial şəbəkədə yazılan "Əri yoxdur, necə olacaq? Yəqin süni mayalanma ilə olacaq" sualına isə aktrisa proqramda "Bəli" cavabını verib. 

Qeyd edək ki, M.Xanlarova bacısı qızını övladlığa götürüb. Onun nəvələri də var.

Paylaş: