"O sözdən sonra necə hönkürdümsə..." — Vüqar Əhməd
Tarix: 25-04-2018, 16:31



Tanınmış yazıçı, alim, filosof Əlisa Nicatın "Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində səsləndirdiyi fikirlər bəzi ziyalıların narahatlığına səbəb olub.
Tanınmış şair, professor Vüqar Əhməd "Ölkə.Az"-ın redaksiyası ilə əlaqə saxlayaraq, Ə.Nicatın borca girib kitab çap etdirməsiylə bağlı dediklərinə münasibət bildirib:
"İşə gedirdim, çevirdim "Space"-ə, gördüm ki, Əlisa Nicat borc pulla kitab çap etdirdiyini deyir. O sözdən sonra necə hönkürdümsə... Bayaqdan özümə gələ bilmirəm. O boyda filosof, böyük yazıçı borcla kitab çap etdirir, kirayədə qalır. Camaat milyonları bir günə xərcləyir, yazıçı borca kitab buraxdırır. Qələm adamları-hamımız bu gündəyik də".
Qeyd edək ki, Əlisa Nicatın sözügedən kitabı cəmi yüz nüsxə çap olunub. Yazıçının dediyinə görə, kitabın yarıdan çoxu satılsa da, borcunu tam qaytara bilməyib.

Paylaş: