Ağadadaş Ağayevin "Qarabağ muğam məktəbi yoxdur" fikrinə əməkdar artistdən CAVAB
Tarix: 25-04-2018, 16:20



Tanınmış xanəndə, əməkdar artist Cabir Abdullayev xalq artisti Ağadadaş Ağayevin "Qarabağ muğam məktəbi yoxdur və olmayıb" fikrinə münasibət bildirib.
Sənətkar "Ölkə.Az"a açıqlamasında xalq artistinin fikriylə razılaşmadığını deyib:
"Bunun adını Azərbaycan muğamı qoysaq, daha yaxşı olardı. Mən bu gün pedaqoji fəaliyyətlə də məşğulam və bilirəm ki, bu, Seyid Şuşinskinin yaratdığı məktəbdir. Qarabağ muğam məktəbinin olmaması fikriylə razı deyiləm. Biz hansısa muğamı tələbəyə öyrədəndə demirik ki, bu, Qarabağ məktəbidir".
Qeyd edək ki, Ağadadaş Ağayev "Ölkə.Az”a açıqlamasında yalnız Təbriz muğam məktəbinin olduğunu bildirmişdi:
"Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb. Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilərlər".

Paylaş: