"Qarabağ muğam məktəbi yoxdur və olmayıb" — Xalq artistindən İLGİNC AÇIQLAMALAR
Tarix: 25-04-2018, 15:17



"Qarabağ muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır".
Bu sensassion açıqlamanı "Ölkə.Az"a müsahibəsində xalq artisti Ağadadaş Ağayev səsləndirib. Müğənni bildirib ki, nəinki Qarabağ, Bakı, Şirvan məktəbləri ifadəsi də yanlışdır:
"Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb".
Xalq artisti bildirib ki, muğam məktəbi Azərbaycanın tarixi paytaxtı olan Təbrizdə mövcuddur:
"Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər".
Qeyd edək ki, Ağadadaş Ağayevin bu və digər məsələlərlə bağlı geniş müsahibəsi sabah saytımızda dərc ediləcək.

Paylaş: