Nadirin bu açıqlaması müzakirə olunacaq: "Damla, Şəbnəm, Üzeyir..."
Tarix: 25-04-2018, 11:55



Müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, o, həmkarları Şəbnəm Tovuzlu, Damla və Üzeyir Mehdizadənin mahnılarına qulaq asa bilmir:
“Mən Damalaya da, Şəbnəm Əsədovaya da, Üzeyir Mehdizadəyə də qulaq asmıram. Burada zövq məsələsi var. Şəbnəmlə də, Damla ilə də məclislərdə, konsertlərdə görüşürük. Amma suya and içirəm ki, onlara qulaq asmıram. Heç kim də məni buna məcbur edə bilməz, qulaq asa bilmərəm. Ola bilsin ki, onlar da mənə qulaq asmırlar”.

Paylaş: