Anar Nağılbazın anası: “Yaxşılaşacağına ümid edirəm..."
Tarix: 23-04-2018, 17:26



Artıq bir həftədir ki, xəstəxanaya yerləşdirilən reper Anar Nağılbazın sağlamlığında yenilik yoxdur.
Bu barədə reperin anası Şərqiyyə Cəlilova musavat.com-a açıqlamasında bildirib: “Hamı bilir ki, o, xəstədir. Vəziyyəti ilə bağlı yenilik yoxdur. Mən anayam, ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, bir müddət öncə Şərqiyyə Cəlilova mətbuata açıqlamasında bildirmişdi ki, oğlu şəkər xəstəliyindən əziyyət çəkir, təzyiqi ilə bağlı problemləri var.

Paylaş: