Məşhur aktrisa cinsi istismara görə həbs edildi
Tarix: 21-04-2018, 11:30



Tanınmış amerikalı aktrisa Ellison Mek polis tərəfindən saxlanılıb. Onun “NXIVM” adlı kultun üzvü olduğu ortaya çıxıb. Belə ki, Ellison gənc qızları aldadaraq onları cinsi istismara sövq edib. Gənc aktrisanın bir neçə satdan sonra məhkəməyə çıxarılacağı bildirilib.
Qeyd edək ki, sözügedən kult 1998-ci ildə riyaziyyatçı Kit Ranyer tərərfindən yaradılıb. 2018-ci ilə qədər şəxsiyyət və peşə inkişafına dair seminarlar keçən təşkilat kimi tanınıb. Lakin daha sonra onun yaradıcısı Ranyer qız uşaqlarının cinsi istismar və köləliyi ilə məşğul olduğu üçün həbs olunub.
Prime-Time

 

Paylaş: