Bakıda “Qaranlıq” dedektiv dramı təqdim olundu
Tarix: 20-04-2018, 12:04



Gənc azərbaycanlı kinematoqrafçıların çəkdiyi "Qaranlıq" filminin premyerası "Parkcinema"da baş tutub.
Kənan Zeynalovun rejissorluq debütü olan filmin premyerasına mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, jurnalistlər gəliblər. Film maraqla qarşılanıb.
Filmin rejissoru, bəstəkar və ssenaristi Kənan Zeynalov, quruluşçu operatoru və montajçısı isə İsmayıl Zeynalovdur.
Qardaşların çəkdikləri film dedektiv dram janrındadır. Film cinayətləri araşdıran xanım yazarın həyat hekayəsindən bəhs edir. Filmdə baş rola Lalə Hüseynzadə çəkilib. Digər rollarda Azərbaycanın Xalq artisti Ramiz Məlik, əməkdar artist Gülşad Baxşıyeva, həmçinin Murad İsmayıl, Faiq Mirzəyev, Əzizağa Əzizov və Nərmin Hüseynova iştirak ediblər. Filmin prodüseri Azər Zeynalovdur.
Film aprelin 19-dan etibarən "Parkcinema" və "Nizami" kinoteatrlarında nümayiş olunur. Filmin xronometrajı 75 dəqiqədir.

Paylaş: