Adnan Oktarın qaçan “kediciyi” onu məhkəməyə verdi
Tarix: 20-04-2018, 11:54



Adnan Oktarın keçmiş “kedicik”lərindən Ceylan Özgül onu və ətrafını məhkəməyə verib.
Türkiyə mətbuatının məlumatına görə, keçmiş “kedicik” Oktarın və yaxın çevrəsinin onu təhqir və təhdid etməsi ilə bağlı məhkəməyə müraciət edib.  İstanbul Anadolu 14-cü Ailə Məhkəməsi Adnan Oktar və onun yaxın çevrəsi barədə qərar qəbul edib. Qərarda bildirilir ki, Oktar və digərləri  4 ay müddətində Ceylan Özülə yaxınlaşa, barəsində heç bir şey danışa bilməyəcəklər. Əks halda, 6 aya qədər azadlıqdan məhrum edilə bilərlər.
Məlumat üçün bildirək ki, Ceylan Özgül bir müddətdir Adnan Oktarın yanından qaçıb.

Paylaş: